"Rusiya vicdanlı müttəfiq olsaydı, Ermənistanı silahla pulsuz təmin edərdi"
Rusiya vicdanlı müttəfiq olsaydı, Ermənistana 100 milyon dollar kredit ayırmaq əvəzinə İrəvanı silahla pulsuz təmin edərdi. Axar.az xəbər verir ki, bu barədə erməni hərbi ekspert Vova Vardanov danışıb.
Vardanovun sözlərinə görə, Azərbaycanın aviasiya və digər texniki imkanlarını artırdığı bir dövrdə Ermənistan üçün hava hücumundan müdafiə sistemləri almaq olduqca zəruridir.
“Aprel döyüşləri zamanı Azərbaycanın pilotsuz uçan aparatları olduqca yaxşı təsir bağışladı. Rusiyadan hazır silahlar almaq əvəzinə silahların istehsalı üçün zəruri detalların, konveyerlərin alınması arzuolunandır. Onlar bunu da satarlar. Əgər pul olsa, Rusiya hər şeyi satar. Onlar bizə silahları türklərdən daha tez çatdırırlar. Onlara bizim zəif olmağımız sərf eləmir. Belə olan halda Rusiya böyük bir regional aerodrom və müttəfiqini itirir. Sonuncu razılaşma həmçinin bununla bağlıdır. Rusiya apreldə nə baş verdiyini bizdən daha yaxşı bilir”, - Vardanov deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB