YAP-ın 25 illik yubileyi ilə bağlı tədbirlər davam edir FOTOLAR
Şabran
Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə əlaqədar, YAP Şabran rayon təşkilatının tədbirlər qrafikinə uyğun olaraq, Şabran şəhər 4 nömrəli tam orta məktəb ərazi ilk partiya təşkilatında tədbir keçirilib. Tədbiri giriş sözü ilə ərazi ilk partiya təşkilatının sədri Xatirə Aslanova açaraq, YAP-ın 25 ildə keçdiyi möhtəşəm və şərəfli yoldan, partiyının fəaliyyətindən danışıb.
Tədbirdə çıxış edən YAP üzvü olan müəllimlər partiyanın xalqımıza verdiyi dəyərlərdən söz açıblar.
Görüşdə YAP Şabran rayon təşkilatının sədr müavini Füzili Hüseynov Ümummilli Lider Heydər Əliyevin yaratdığı ümumxalq partiyası haqqında söz açıb və bir daha Ümummilli Lider Heydər Əliyevin söylədiyi devizini "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tədbir iştirakçılarının diqqətinə çatdırıb.


YEVLAX
Yevlaxda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibəti ilə "YAP-25 il uğurla" devizi altında gənclər arasında futbol turniri keçirilib. Yubiley münasibəti ilə keçirilən şəhər çempionatında 12 komanda mübarizəyə qoşulub.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev partiyanın yaranma tarixindən və müstəqil Azərbaycan Respublikasının həyatında əsas yer tutan Yeni Azərbaycan Partiyasının rolundan geniş söhbət açaraq, bildirib ki, Yeni Azərbaycan Partiyası xalqla dövlət arasında bir səmimiyyət körpüsüdür və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu partiya xalqımızı xöşbəxt gələcəyə doğru uğurla aparcaqdır.
Sonra çıxış edən Yevlax şəhər icra hakimiyyəti başçısının birinci müavini Qənimət Qaraşov Yeni Azərbaycan Partiyasının 25 illik uğurundan bəhs edərək, faktları və hadisələri bir daha diqqət mərkəzinə gətirib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının təşkil etdiyi bu kimi yarışlar gənclərimizin sağlam böyüməsinə, eləcə də, şəhərimizdə idmanın inkişafına böyük töhfədir.
Sonra oyunlara start verilib.
Rəfiqə





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB