Hərbi dənizçilərimizin İran səfəri başa çatıb

Azərbaycan hərbi dənizçilərinin İran səfəri başa çatıb. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasında dostluq səfərində olan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Vətənə qayıdıb. Hər iki ölkənin bayrağının dalğalandığı İranın Ənzəli limanından hərbi orkestrin müşayiəti ilə yola salınan dənizçilərimiz oktyabrın 9-da axşam saatlarında Bakıya çatıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə