Azərbaycanın və Belarusun Müdafiə nazirlikləri arasında 2018-ci il üçün əməkdaşlıq planı imzalanıb

Oktyabrın 9-da Azərbaycanın və Belarusun Müdafiə nazirlikləri arasında 2018-ci il üçün əməkdaşlıq planı imzalanıb. Sənədi Belarusda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və bu ölkənin müdafiə naziri, general-leytenant Andrey Ravkov imzalayıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, görüşdə ikitərəfli münasibətlərin, xüsusilə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Nazirlər beynəlxalq və regional təhlükəsizlik problemləri, hərbi ekspertlərin qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...