İraq ordusu keçmiş sistemdən NATO standartlarına keçir.
SİA-nın məlumatına görə, ABŞ da astarı üzündən baha başa gəldiyi üçün geri aparmaq fikrindən daşındığı bir çox silah sistemini İraqa hədiyyə etməyi planlaşdırır.
İraq müdafiə naziri bu çərçivədə Ankarada görüşlər keçirir. Türkiyə Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Murad Bayar İraq rəsmiləri ilə bu silah sistemlərinin baxımı, təmiri və təlim məsələləri ilə bağlı müzakirələr apardıqlarını deyib.
Bayar İraqın NATO standartlarına keçməsi ilə Türkiyədəki oxşar silah sistemlərinə sahib olacağını, Türkiyənin isə bu silahların baxımı, təmiri və istifadə olunması ilə bağlı geniş imkanlara malik olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB