ABŞ-ın Ankaradakı səfirliyinin müşaviri Filip Kosnet Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə açıqlama verib.

Məlumata əsasən ABŞ-ın Ankaradakı səfiri Con Bass Ankarada olmadığı üçün nazirliyə müşavir dəvət edilib. Kosnetdən ABŞ-ın Türkiyə vətəndaşlarına tətbiq etdiyi və lüzumsuz gərginliyə səbəb olan viza məhdudiyyətinin aradan qaldırması istənilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə