Bu gün YAP Naftalan şəhər təşkilatının Naftalan şəhər Kurort birliyi ərazi ilk partiya təşkilatında partiyanın yaradılmasının 25-ci ildönümü münasibəti ilə "Dünənimizin, bu günümüzün və gələcəyimizin partiyası Yeni Azərbaycan Partiyası" adlı tədbir keçirilib. Tədbirdə YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev və ilk partiya təşkilatının üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev partiyanın yaranma tarixi və Azərbaycan dövlətçiliyinin inkişafında oynadığı roldan danışıb. H.Qocayev vurğulayıb ki, YAP-ın yaranmasından 25 il keçməsinə baxmayartaq, bu qısa müddət ərzində partiyamız çox zəngin tarixi yol keçib. Şəhər təşkilatının sədri ötən 25 il ərzində ölkəmizdə baş verən yüksəliş və yeniləşmədə, uğurlu layihələrin həyata keçirilməsində aparıcı, vahid, qüdrətli, mütəşəkkil siyasi qüvvə kimi iştirak etdiyini, müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində yeganə iqtidar partiyası olduğunu əməli və səmərəli fəaliyyəti ilə sübuta yetirdiyini bildirib: "Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin yorulmaz və məqsədyönlü fəaliyyəti sayəsində partiyanın ölkənin ictimai-siyasi həyatında nüfuzu daha da artmış, ictimai nüfuza malik olaraq, avanqard, qüdrətli dəstəyə çevrilmişdir".
Sonda YAP Naftalan şəhər təşkilatının sədri H.Qocayev bir daha Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, O bildirib ki, xoşbəxt gələcəyimizin və qələbələrimizin təminatçısı yalnız Azərbaycan Respublikamızın Prezidenti, YAP Sədri Cənab İlham Əliyevdir. Həqiqətən, bu gün Cənab Prezidentimizin məqsədyönlü siyasəti nəticəsində respublikamız qüdrətlənir, qüdrətlənəcək və güclü Azərbaycana çevriləcək.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB