Azərbaycan nümayəndə heyəti Avropa Birliyinin təhsilə həsr olunmuş tədbirində iştirak edəcək

Azərbaycan nümayəndə heyəti Avropa Birliyinin təhsilə həsr olunmuş tədbirində iştirak edəcək

Azərbaycan nümayəndə heyəti Avropa Birliyinin təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş dəyirmi masasında iştirak edəcəkdir. SİA-nın məlumatına görə, dəyirmi masa Avropa Birliyinin e-Twining proqramı çərçivəsində 4-5 oktyabr tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcəkdir.

Dəyirmi masada "eTwining platforması: məktəblər üçün birlik", "eTwining: XXI əsrin pedaqoqikası", "müəllimlərin eTwining çərçivəsində peşəkar inkişafı", "internet-təhlükəsizlik" və s. mövzular geniş müzakirə olunacaqdır.

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycanı bu tədbirdə Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması İdarəsinin Treninq və Monitorinq şöbəsinin müdiri Ramil Suleymanov, Bakı Avropa Liseyinin İKT üzrə direktor müavini Rəhilə Əliyarzadə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Informasiya cəmiyyətinin inkishafi şöbənin baş məsləhətçisi Etibar Umudov təmsil edəcəkdir.

Avropa komissiyasının təşəbbüsü ilə yaradılmış eTwinning proqramı Avropa ölkələrinin məktəbləri üçün vahid bir internet-platformada ünsiyyət qurmaq üçün reallaşdırılır. Proqram çərçivəsində yaradılmış internet-portal vasitəsilə müxtəlif ölklərin məktəbliləri ünsiyyət qurur, bir-birilərinə mədəniyyətləri, tarixləri və insan fəaliyyətinin müxtəlif sahələri haqqında məlumat verə bilirlər. Proqram artıq 5 ildir ki, reallaşdırılır və bu müddət ərzində müxtəlif ölkələrin minlərlə müəllim və məktəbliləri arasında virtual ünsiyyət yaradıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə