ATGTİ fəalı Beynəlxalq düşərgədə iştirak edib

ATGTİ fəalı Beynəlxalq düşərgədə iştirak edib

MDB ölkələrinin humanitar əməkdaşlığı sahəsi üzrə 2010-2011-ci illəri əhatə edən tədbirlər planına əsasən, Tacikistan hökuməti yanında Gənclər, İdman və Turizm üzrə komitənin təşkilatçılığı ilə Tacikistanın Varzob regionunda 19-26 sentyabr 2010-cu il tarixlərində "Birliyin Ekologiyası" adı altında beynəlxalq təhsil düşərgəsi keçirilib. SİA-nın məlumatına görə, düşərgədə 8 ölkə nümayəndələri (Azərbaycan, Belarus, Tacikistan, Qırğızıstan, Moldova, Rusiya, Qazaxıstan, Ermənistan) iştirak edib.

Keçirilmiş təhsil düşərgəsində Azərbaycan tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəalı, Bakı Dövlət Universitetinin tələbəsi Nuranə Axundzadə iştirak edib.

"Birliyin Ekologiyası" beynəlxalq təhsil düşərgəsində iştirakçılara ekoloji tarazlığın pozulması, qlobal iqlim dəyişmələri, ekosistem və başqa mövzularda təlimlər keçirilmiş, iştirakçıları təbiətlə daha yaxından tanış etmək üçün Hindiquş massivindəki Xirs dağına gəzinti təşkil edilib.

Qeyd edək ki, düşərgənin sonunda xüsusi bəyanat qəbul olunub və bu bəyanata görə "Birliyin Ekologiyası" beynəlxalq təhsil düşərgəsi hər il keçiriləcək. Növbəti düşərgə 2011-ci ildə Belarus Respublikasında təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə