İran prezidentinin 1-ci müavininin müşaviri: “İşğal olunmuş Dağlıq Qarabağ ərazisində heç bir İran şirkəti fəaliyyət göstərmir”-AÇIQLAMA

İran prezidentinin 1-ci müavininin müşaviri: “İşğal olunmuş Dağlıq Qarabağ ərazisində heç bir İran şirkəti fəaliyyət göstərmir”-AÇIQLAMA

"İşğal olunmuş Dağlıq Qarabağ ərazisində heç bir İran şirkəti fəaliyyət göstərmir". SİA-nın xəbərinə görə, bunu İran prezidentinin 1-ci müavininin iqtisadi məsələlər üzrə müşaviri Əli Ağaməhəmmədi bu gün keçirdiyi mətbuat konfransıda deyib. Onun sözlərinə görə, rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır.

 

Son zamanlar erməni mətbuatında İranın Ermənistana taxıl ixracı barəsində yer alan məlumatlara da toxunan İran prezident administrasiyasının rəsmisi bildirib ki, ölkəsi Ermənistana rəsmi surətdə taxıl satmayıb: "Biz Ermənistana dövlət xətti ilə taxıl satmamışıq. Belə bir hal mövcud deyil. Bu fikirlərin əsası yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə