Beynəlxalq Valyuta Fondu: “Ermənistan iqtisadiyyatı hələ də köhnə mühərriklə çalışır” - MÜNASİBƏT
Beynəlxalq Valyuta Fondunun (BVF) Ermənistan üzrə nümayəndəsi Gilermo Tolosa təxminən 2 ay əvvəl Ermənistan mikroiqtisadiyyatının köhnə mühərriklə çalışdığını və bunun dəyişdirilməsinin lazım olduğunu açıqlamışdı. Fondun nümayəndəsi erməni jurnalistlərlə yenidən bir araya gəlib.
SİA-nın verdiyi məlumata görə, erməni jurnalistlər Fondun rəsmisinə "hələ də köhnə mühərrikləmi çalışırıq?" sualını ünvanlayıblar. G.Tolosa cavabında "həqiqətən yeni mühitdə yeni mühərrik çox lazımdır. Bu gün vəziyyət etibarilə hələ də köhnə mühərriklə çalışırıq. Ancaq mühərrikin ilk parçaları yaranır. Yeni mühərrikin lazımı sürətdə getməyə hazır olub-olmadığını müzakirə edə bilərik" deyib.
BVF-nin nümayəndəsi Ermənistanın vergi siyasətini də tənqid edib. Ermənistan hökümətinə üzünü tutaraq "ixracata dəstək olmalı olduğunuz halda zərər verirsiniz" deyən Toloso ixracatçı firmaların üzərinə qoyulan verginin yüksək olduğunu bildirib. O, hökumətlə bu mövzunu müzakirə etdiklərini və verginin nə üçün bu qədər yüksək olduğunu anlamağa çalışdıqlarını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB