"Dünya Azərbaycanın haqq işi üçün çalışdığının bir daha şahidi oldu" AÇIQLAMA
“Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı Ermənistanın işğalçı siyasətinə beynəlxalq təşkilatların biganə yanaşdığını, ikili standartların yeridildiyini ilə bir daha beynəlxalq ictimaiyyətə çatdırmış oldu”. Bu fikrləri SİA-ya Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib
Azərbaycan Prezidentinin BMT tribunasında Ermənistan hakimiyyətinə tutarlı cavab verdiyini deyən deputat söyləyib ki, dövlət başçısının çıxışında eyni zamanda Azərbaycanın bölgədə sülhün bərqərar olması, insanların təhlükəsiz yaşaması üçün çalışdığı bəyan olundu: “Dövlət başçısı bu çıxışı ilə bir daha Ermənistanın işğalçı siyasətinə beynəlxalq təşkilatların biganə yanaşdığını, ikili standartların yeridildiyini beynəlxalq ictimaiyyətə çatdırdı. Bütün bunlar Azərbaycanın beynəlxalq hüquq normalarına yüksək hörmətinin göstəricisidir. Dövlət başçısı bununla da nümunəvi Azərbaycan standartı yaratdığını sübut etdi”.
A.Mirzəzadə qeyd edib ki, Prezident İlham Əliyevin çıxışını bir gün əvvəl eyni kürsüdən səslənən Ermənistan prezidentinin də çıxışı ilə müqayisə etsək, biz müasir inkişafa iki fərqli yanaşmanı görürük: “Birində hüquq, demokratiya, insan hüquqlarının təmin olunması, digərində isə orta əsrlər təfəkkürü, zorakılıq, bəşəriyyətə qarşı savadsız cinayət görünürdü. Hesab edirəm ki, Prezident İlham Əliyev öz çıxışında Ermənistana xəbərdarlıq etdi. Sessiya iştirakçıları bununla Azərbaycanın haqq işi üçün çalışdığının bir daha şahidi oldu. Ermənistan prezidentinin iftira dolu çıxışı isə onu beynəlxalq aləmdə bir daha çox gülünc vəziyyətə qoydu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB