İltimas Məmmədov MDB-nin informasiyalaşdırma üzrə Koordinasiya Şurasının iclasında iştirak edib
Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Moldovanın paytaxtı Kişinyov şəhərində MDB ölkələrinin Regional Rabitə Birliyi yanında informasiyalaşdırma üzrə Koordinasiya Şurasının 16-cı iclasında iştirak edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclas zamanı şura üzvləri tərəfindən MDB ölkələrinin informasiyalaşdırma sahəsində əməkdaşlıq strategiyasının yerinə yetirilməsinə dair məlumat dinlənilib.
Həmçinin tədbir çərçivəsində RRB-yə üzv-ölkələrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı, eləcə də informasiya cəmiyyətinin qurulması məqsədilə milli proqramların, layihələrin və yeni texnologiyaların reallaşdırılması və tətbiqi istiqamətində görülmüş işlər haqqında məruzələr təqdim olunub. Şura sözügedən məsələ üzrə üzv ölkələr arasında təcrübə mübadiləsinin davam etdirilməsini məqsədəuyğun hesab edib.
Bundan əlavə iclasda MDB ölkələrində "elektron hökumətlər" infrastrukturlarının informasiya təhlükəsizliyinin təmin olunması üzrə görülən tədbirlər müzakirə olunub. Sonda Koordinasiya Şurasının üzvləri İKT sahəsində əməkdaşlığın davam etdirilməsinin, eləcə də RRB-yə üzv-ölkələrdə informasiya cəmiyyətinin qurulması üzrə birgə fəaliyyətin tərtib olunmasının əhəmiyyətini və zəruriliyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB