Müsavat MSK-nın boş qalmış yerlərinə nümayəndələrini təyin edib

Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasında (MSK) partiya üçün ayrılan və uzun müddətdir ki, boş qalan yerlərə nümayəndələrini təyin edib. SİA-ya bu haqda məlumat verən partiyanın mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlu qərarın bu gün keçirilən Müsavat Partiyası Divanının növbədənkənar iclasında qəbul edildiyini bildirib.

 

MSK-ya təyin olunan nümayəndələr partiyanın seçki qərargahının rəhbəri Gülağa Aslanlı və əvvəllər MSK-ya üzv olmuş bitərəf Ənvər Əliyevdir. M.Cavadoğlu həmçinin bütün dairə və məntəqə seçki komissiyalarına da nümayəndələri təyin etmək niyyətində olduğunu diqqətə çatdırıb. Müxalifətdən olan MSK katibi vəzifəsinə Gülağa Aslanlının namizədliyi irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə