Rüfət Aslanlı: “İpoteka istiqrazlarına tələb təklifi əhəmiyyətli dərəcədə üstələyib” - MÜNASİBƏT
İpoteka istiqrazlarının bazarda yerləşdirilməsi normal məcrada davam edir. SİA-nın xəbərinə göər, bu barədə jurnalistlərə açıqlamasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı deyib. O bildirib ki, əlavə olaraq ipoteka istiqrazlarına tələb təklifi əhəmiyyəti dərəcədə üstələyib.
Komitə sədri əlavə olaraq qeyd edib ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi müxtəlif maliyyə alətləri üçün hüquqi və təşkilatı platforma formalaşdırıb: "Yəni, hər hansı bir alətin bazara çıxarılması üçün hüquqi əsas yaradılır, həmçinin onların ticarəti üçün müvafiq mexanizmləri formalaşdırır. Hazırda bir neçə mexanizm üzərində işləyirik. Amma bu alətlərin bazara çıxarılması onları bazara çıxaracaq şirkətlərin istəyi, həmçinin investorların bazardakı risk inkişafı ilə ölçüləcək. Hazırda 2 əlat üzərində iş gedir və yəqin ki, onun hüquqi çərçivəsini bu ilin sonuna kimi təmin edəcəyik", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB