Azərbaycannın beynəlxalq siyasətdəki yeri və rolu artır AKTUAL
Prezideünt İlham Əliyevin BMT-nin ümumi müzakirələrindəki iştirakı və keçirdiyi görüşlər məhz belə qənaətə gəlməyə əsas verir
Bəlli olduğu kimi, sentyabrın 19-da Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş qərargahında ümumi müzakirələrin açılışı olub və həmin müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva da tədbirdə iştirak ediblər. Ümumiyytətlə, bu kimi rəsmi beynəlxalq tədbirdə ölkə başçımızın dünyanın aparıcı liderləri sırasında yer alması və Ona göstərilən diqqət və ehtiramdan da belə qənaətə gəlmək olar ki, artıq Azərbaycan bilavasitə öz sözünü deyən dövlətlər arasında seçilən ölkələrdən biridir.
Təkcə ötən il ərzində BMT çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi üzrə fəaliyyət xüsusi prioritet təşkil edib
Lakin daha bir əhəmiyyətli məqama da toxunaraq qeyd edə bilərik ki, Azərbaycan-BMT münasibətlərinin inkişafında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin Prezident İlham Əliyev tərəfindən daha da şaxələndirilməsidir. Əbəs yerə deyil ki, məhz ölkə başçımızın dünya siyasiləri arasında lider mövqeyinə qədər yüksəlməsi faktoru nəticəsində ölkəmiz bu qurumdakı fəaliyyətini getdikcə daha da genişləndirməkdədir. Xüsusilə,Azərbaycanın 24 oktyabr 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasına iki illik müddətə qeyri-daimi üzv olaraq seçilməsi də bu amili ehtiva etməkdədir.
Ümumiyyətlə, Azərbaycan Respublikası bütün dövrlərdə BMT-nin işində fəal iştirak edib və beynəlxalq sülh, təhlükəsizlik və inkişafın bərqərar edilməsi istiqamətində BMT Nizamnaməsinin məqsədlərinin yerinə yetirilməsinə öz töhfəsini verib. Təkcə ötən il ərzində BMT çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi üzrə fəaliyyət xüsusi prioritet təşkil edib. O cümlədən, Azərbaycan BMT Baş Assambleyasının 70-ci və 71-ci sessiyasının əsas komitələri və plenar iclaslarının müzakirələrdə və qərarların qəbul olunmasında aktiv iştirak edərək, əsas rol alan dövlətlər sırasında yer alıb. Belə ki, bir il öncə - 20-26 sentyabr 2016-cı il tarixlərində BMT Baş Assambleyasının 71-ci sessiyasının ümumi müzakirələri keçirilib. Ümumi müzakirələr “Davamlı İnkişaf Məqsədləri: dünyamızı dəyişmək üçün birgə səy” mövzusuna həsr olunmuşdu. Müzakirələr zamanı beynəlxalq səviyyədə inkişaf məsələləri, o cümlədən, 2015-ci ildə qəbul olunmuş “2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Gündəliyi”nin yerinə yetirilməsinə dair məsələlər mühüm yer tutmuşdu. Eyni zamanda, çıxışçılar beynəlxalq sülh və təhlükəsizliyə dair aktual problemlər haqqında öz fikirlərini ifadə ediblər. Ötən il Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti 2016-cı ilin 19-24 sentyabr tarixlərində ümumi müzakirələrdə iştirak etmək üçün Nyu-York şəhərinə səfər edərək, 23 sentyabr 2016-cı il iclasda tarixində çıxış etmişdi. Bütövlıükdə, Azərbaycanın BMT çərçivəsində əməkdaşlıq etdiyi bir sıra qurum və təşkilatlar ölkəmizə ciddi dəstək göstəriblər.
Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı vitse-sədri, baş icraçı direktoru Malkolm Honlayn Prezident İlham Əliyevlə görüşdə Azərbaycanın müasir və sürətlə inkişaf edən bir ölkə kimi onlarda böyük təəssürat doğurduğunu bildirib
Məhz bir neçə gün öncə, sentyabrın 18-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında “BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək” adlı yüksək səviyyəli tədbirin keçirilməsində Prezidenti İlham Əliyevin iştirakı da qeyd edilən faktorların davamı olaraq səciyyələndirilə bilər. Prezidenti İlham Əliyevin BMT-nin tədbirləri əsnasında keçirdiyi görüşlər də olduqca əhəmiyyətli məqamlara söykənir. Belə ki, sentyabrın 18-də Nyu-Yorkda Amerika Yəhudi Təşkilatının, Dünya Yəhudi Konqresinin, “Bnai Brith International”ın, Avrasiya Yəhudilərini dəstəkləyən Milli Koalisiyanın, Şimali Amerika Yəhudi Federasiyalarının, Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının, “Vaad L`Hatzolas Nidchei Yisroel” yəhudi təşkilatının rəhbərlərinin daxil olduğu Amerika yəhudi təşkilatlarının nümayəndələri ilə görüşdə Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı vitse-sədri, baş icraçı direktoru Malkolm Honlayn nümayəndə heyətinin təmsil etdiyi təşkilatların Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiklərini deyib. O, Bakıda Prezident İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, Azərbaycanın müasir və sürətlə inkişaf edən bir ölkə kimi onlarda böyük təəssürat doğurduğunu bildirdi. Malkolm Honlayn Azərbaycan ilə ABŞ, eləcə də Azərbaycan ilə İsrail arasında yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu məmnunluqla qeyd edib.
Ölkə başçımız Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini deməklə yanaşı, Azərbaycan-İsrail əlaqələrinin də yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edib
Prezident İlham Əliyev də sözügedən görüşdə iştirak edən yəhudi təşkilatları rəhbərlərinin bir çoxunun Azərbaycanda olduğunu vurğulayaraq, ölkəmizin əldə etdiyi nailiyyətlərdən onların məlumatlı olduğunu xüsusilə vurğulayıb, dövlətimizin başçısı Azərbaycanda gedən inkişaf prosesləri barədə məlumatların yayılmasının önəmini qeyd edərək, bu əməkdaşlığın vacibliyi ətrafında mühüm fikirlərini çatdırıb.
Dövlət başçımız eyni zamanda Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini deməklə yanaşı, Azərbaycan-İsrail əlaqələrinin də yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edib.
Bütün bunlar isə bir daha Azərbaycanın beynəlxalq aləmdəki yeri və rolunun, o cümlədən, dünyəvi və mədəniyyət dəyərlərinə, həmçinin multikultural və tolerantlıq reallıqlarına malik olmasının bariz göstəricisidir.
Bu görüşlərin hər biri bilavasitə Azərbaycanın dünyanın aparıcı dövlətlər sırasındakı yerini və rolunu daha da möhkəmləndirmiş olur
Əbəs yerə deyil ki, söhbət zamanı Amerika yəhudi təşkilatlarının rəhbərləri Azərbaycanda digər icmalar kimi, yəhudi icmasının da qarşılıqlı anlaşma və əmin-amanlıq şəraitində yaşaması üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirməklə yanaşı, onlar Azərbaycanda sabitliyin və təhlükəsizliyin yüksək səviyyədə olduğunu xüsusilə bildiriblər. Eləcə də həmin görüşdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi kontekstindəki ədalətli mövqeyi barədə də fikirlər önə sürülüb və Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər, Azərbaycanın iqtisadi inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Ümumiyyətlə, istər Azərbaycan-BMT, istərsə də ABŞ-Azərbaycan münasibətləri çərçivəsində ölkə rəhbərimiz İlham Əliyev tərəfindən yürüdülən uğurlu siyasət hər il daha səmərəli nəticələrini göstərməkdədir. Bu görüşlərin hər biri bilavasitə Azərbaycanın dünyanın aparıcı dövlətlər sırasındakı yerini və rolunu daha da möhkəmləndirmiş olur.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB