Rusiyalı ekspert: “Azərbaycan və Ermənistan İranın nüvə məsələsində Qərb üçün alət olmamalıdır” - MÜNASİBƏT

"İran maraq dairəsi kimi Qafqaz regionunu nəzərdən keçirməyə başlayıb". SİA-nın məlumatına görə, bu sözləri İctimai Palatanın üzvü, siyasi ekspert Maksim Şevçenko Rusiya və Cənubi Qafqazdan olan jurnalistlərin iştirakı ilə bölgədəki siyasi prosesləri müzakirə edərkən deyib. "RİA-Novosti"nin təşkilatçılığı ilə keçirilən müzakirələrdə ekspert bildirib ki, İran bölgədə maraqlarını müdafiə edən zaman gücdən də istifadə edə bilər.

 

M.Şevçenko Tehran hökumətinə qarşı yönəlmiş təzyiqlər zamanı Azərbaycan və Ermənistanı Qərbin əlində alət olmamağa çağırıb: "Ermənilər və azərbaycanlılar öz taleyindən narahat olmalıdırlar. İran ətrafında yaranan vəziyyətə diqqət yetirməyə məcburuq. Bu məsələ ümumilikdə regionda vəziyyəti mürəkkəbləşdirir. Tehranın boğulması kollektiv həyata keçirilməlidir. Necə ki, bu indi baş verir, bu ən düzgün yoldur".

Bütün xəbərlər Facebook səhifəmizdə