"Bir neytral vasitəçi təşkilat kimi öz rolumuzu izah etmək istəyirdik"

"Bir neytral vasitəçi təşkilat kimi öz rolumuzu izah etmək istəyirdik"
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Əməliyyatlarının rəhbəri Paskal Mej Vaqner Ermənistan və Azərbaycana rəsmi səfərini artıq başa vurub. Bu barədə SİA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilib ki, səfəri zamanı, o, hər iki ölkənin müdafiə nazirləri və xarici işlər nazirlərinin müavinləri ilə görüşüb.

Danışıqlar zamanı əsas diqqət BQXK-nın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədər regiondakı fəaliyyətinə və roluna yönəldilib.

Mej Vaqner bildirib ki, BQXK hələ də regiondakı vəziyyətdən narahatdır: "Biz hərbi əsirlərin, saxlanılan mülki şəxslərin və insan cəsədlərinin repatriasiyası ilə əlaqədar bir neytral vasitəçi təşkilat kimi öz rolumuzu izah etmək istəyirdik".

Səfər zamanı xanım Mej Vaqner həmçinin digər nazirliklərlərdən olan rəsmilər və Ermənistanın Qızıl Xaç Cəmiyyəti və Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin prezidentləri ilə də görüşüb.

Qeyd edək ki, BQXK 1992-ci ildən etibarən Ermənistanda və Azərbaycanda Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş insanlara və icmalara yardım göstərir və onları müdafiə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə