BAXCP sədrinin namizədliyi qeydə alınıb

BAXCP sədrinin namizədliyi qeydə alınıb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin deputatlığa namizədliyi qeydə alınıb. SİA-ya BAXCP-dən verilən məlumata görə, bu barədə qərar sentyabrın 27-də 7 saylı Ordubad-Culfa dairə seçki komissiyasının iclasında qəbul olunub.

Qeyd edək ki, BAXCP sədrinin deputatlığa namizədliyi "İslahat Bloku" siyasi partiyalar bloku tərəfindən irəli sürülüb. "İslahat Bloku" BAXCP, Böyük Quruluş, Ədalət və Təkamül partiyalarının iştirakı ilə yaradılıb. Blok seçkilərə 106 namizədlə qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə