“Azərbaycan Respublikası: keçmiş təcrübə və gələcək perspektivlər”
Sentyabr ayında İran İslam Respublikasının Tehran şəhərində "Azərbaycan Respublikası: keçmiş təcrübə və gələcək perspektivlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
SİA-nın məlumatına görə, Tehran Universiteti tərəfindən təşkil edilmiş konfransda İran, Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Çexiya alimləri iştirak ediblər.
Tədbirdə İran İslam Respublikasının yüksək rütbəli nümayəndələri, İranın Azərbaycandakı keçmiş və indiki səfirləri, Azərbaycan Respublikasının İrandakı səfiri və başqa rəsmi şəxslər çıxış etmiş, Azərbaycan Respublikasının bu gün regionda və dünyada siyasi mövqeyi, Azərbaycan Respublikası və İran İslam Respublikası arasındakı münasibətlərin artan xətt üzrə inkişafı barədə danışıblar.
Qeyd edək ki, 17 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi konfransda AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, t.e.d. Solmaz Rüstəmova-Tohidi yekun nitq söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB