Kerrinin həyacanı, 1.5 mln dollar, gecə görmə cihazları və. s
Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayandan ta günümüzədək Amerika Birləşmiş Ştatlarının (ABŞ) konfiliktə yanaşması hər zaman özünəməxsus olub. Birləşmiş Ştatlar dildə Bakının haqlı mövqeyini dəstəkləsə də əməldə fəaliyyətləri tam əks istiqamət üzrə gedib. Vaşiqtonun münaqişəyə ikili yanaşma tərzi konfiliktin elə başlanğıcından sezilib.
Ən tutarlı faktlardan biri Con Kerrinin dedikləridir. Hələ senator oduğu müddətdə cənab Kerri Rusiyanın keçmiş prezidneti Boris Yeltsinə məktub yazır ki, bir qurup müsəlman guya kasıb xristianları öldürür. Moskva təcili olaraq məsələyə müdaxilə etməlidir. Hansı ki, Kerrinin ölkəsi bütün beynalxaq sənətlərdə Dağlıq Qarabağı və ətraf rayonları Azərbaycanın tərkib hissəsi kimi tanıdığını rəsmən bəyan etmişdi. Zaman keçdi amerikalıların diplomatiyasını da öyrəndik. Bildik ki, okeanın o tayından dünyanı idarə etməyə çalışanların siyasi bəyantları səslənən qədər də səmimi deyil. Mən hələ erməni lobbisinin təsiri altında bir vaxtlar tətbiq edilən 907-ci düzəlişi demirəm.
Bu vaxt kəsiyində Azərbaycan inkişaf yolu tutmaqa bərabər, Avropa ölkələrinin əsas enerji tərəfdaşına da çevrildi. Yəni Bakı müstəqil siyasəti ilə Vaşinqtonun himayəsi altında olan bir çox dövlətəri neft və qazla təmin edir. Ancaq bu amil də ABŞ-nı Azərbaycana qarşı ikili siyasət yürütməsindən daşındırmadı. Bakı qərbin saxta üzünü növbəti dəfə məlum aprel hadisələrindən sonra gördü. Amerika Ermənistan ordusuna müasir gecə görmə cihazları verdi. Bu azmış kimi Senat Dağlıq Qarabağda “mina təmizlənməsi” üçün işğalçıya daha 1.5 mln dollar ayırıb. Azərbaycan ərazilərindəki partayıcıları isə Dağlıq Qarabağda ermənilərlə bir işləyən Böyük Britaniyanın HALO Trust təşkilatı zərərsizləşdirəcək.
Sadaladıqlarım ayzberiqn görünən tərəfidir. Axı bu cür fəaliyyət konfiliktin süh yolu ilə nizamlanmasını öz üzərinə götürən ABŞ-ın Minks qrupundakı misyasina uyğun gəlmir. Yeri gəlmişkən bu günlərdə ABŞ senatı ölkəmizə qarşı daha bir təxribatla gündəmə gəlib. Söhbət Azərbaycanın dövlət rəsmilərinə qarşı hazırlanan sanksiyadan gedir. Hələlik qanun layihəsi səsverməyə çıxarılmasa da Bakıya yönəlik bu cür siyasi təxribat ABŞ-Azərbaycan münasibtlərinə xələl gətirəcək əsas məqamardan biri ola bilər. Hər bir halda erməni lobbisinin təsiri altında anti-Azərbaycan mövqeyi sərgiləmək Cənubi Qafqazda ABŞ üçün Azərbaycan kimi mühüm dayaq nöqtəsinin itirilməsi deməkdir. Azərbaycan bütün resursları tükənən, öz suverenliyini əldən verən vassal bir ölkə olan Ermənistana bənzəmir. Azərbaycan xarici siyasətini özü müəyyənəşdirən, dövətin və xalqının maraqlarını üstün tutan müstəqil bir ölkədir. Azərbaycan hökümətinə qarşı qərəzli yazılar, əsası olmayan fikirlərə söykənib sanksiya ilə hədələmək cəhdi ancaq 90-cı illərdəki Azərbaycana təsir edə bilərdi.
Bir sözlə Bakıya amerikansayağı siyasət artıq tanışdı.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB