Ermənistan payız depressiyası ərəfəsində ANALİTİK

Ermənistan payız depressiyası ərəfəsində ANALİTİK

Sarqis Artsruni: “Serj Sarkisyan baş nazir kürsüsündə oturmaya da bilər

Ermənistan növbəti siyasi çaxnaşmalar mövsümünə daxil olmaq ərəfəsindədir. Belə ki, işğalçı ölkə parlament idarəçiliyi sisteminə keçid etdikdən sonra hakimiyyət daxilində və müxalifətdə cərəyan edən hadisələr Serj Sarkisyanın hansı mövqü nümayiş etdirəcəyini bəlli etmir. Buna səbəb isə erməni prezidentinin hələ də perspektivlərini açıqlamamasıdır. Maraqlıdır ki, erməni analitikləri də bir sıra məqamlarda hakimiyyəti tənqid atəşinə tutmaqla yanaşı, müxalifətin də fəaliyyətsizliyini qeyd edir, onların eyni qazandan aş yediklərini bildirirlər.

“Sarkisyanın getməyini tələb edənlər onun siyasi səhnədə qalmasını istəyən hakimiyyət nümayəndələri ilə eyni fikirləri bölüşürlər”

“Bu payız siyasi səhnəmiz depressiv olacaq, ona görə ki, Serj Sarkisyan siyasi perspektivini açmayacaq”. “SƏS” İnformasuta Agentliyi xəbər verir ki, bu barədə Ermənistanın müxalifətyönlü saytlarından biri olan “1in.am”ın analitiki Sarqis Artsruni yazır. Onun sözlərinə görə, Sarkisyan məhz müəyyənləşdirilməmiş siyasi səhnə və depressiya mühitindən alət kimi yararlanaraq, ustalıqla mövcud sistemə nəzarət edir. “Hətta Sarkisyan səhər kofe içməkdən başlayaraq axşam çayına qədər onun istefasını tələb edənlərə də nəzarətini saxlamaqda davam etməkdədir”-deyə qeyd edən Artsruniyə görə, kənardan belə bir görüntü yaranır ki, açıqda Serj Sarkisyanın getməyini tələb edənlər belə, onun siyasi səhnədə qalmasını istəyən hakimiyyət nümayəndələri ilə eyni fikirləri bölüşürlər: “Ehtiyat edilən isə budur ki, o, baş nazir kürsüsünə oturmaya da bilər”.

“Ermənistan hakimiyyəti konstitusion rejimində deyil, kriminal rejimində fəaliyyət göstərir”

Erməni analitiki yazır ki, hakimiyyət nümayəndələrini anlamaq olar, çünki istənilən iqtidar konservativ xarakterinə malikdir və hakimiyyətdə olanlar birinci şəxsin dəyişilməsinə çətin alışırlar. SİTAT: “Lakin Ermənistanda ümumi qanunlara aşkar yerli xüsusiyyətlər də əlavə olunur. Yəni Ermənistan hakimiyyəti konstitusion rejimində deyil, kriminal rejimində fəaliyyət göstərir ki, burada “birinci şəxsin” legitimliyi mövcud siyasətlə deyil, daxili sistem fəaliyyəti ilə ölçülür. Daxili sistemdə Serj Sarkisyandan başqa sistem seqmentləri üçün konsensus yaradacaq digər kimsə yoxdur və əlbəttə ki, insan faktoru da mövcuddur: hakimiyyət nümayəndələri total şəkildə “pozulmaq” istəmirlər, çünki əgər Sarkisyan baş nazir olmaqdan imtina edərsə, onlar sonuncu üçün canlı “juçoklara” (gizli xəfiyyələrə-red.) çevriləcəklər, hətta bəzilərinin payına “ikili juçokluq” etmək düşəcək”.

“Müxalifət istəsə də, istəməsə də Sarkisyanın müəyyən etdiyi oyunun qaydalarına əməl edirlər”

Sözügedən təhlilində müxalifətin fəaliyyəti barədə də yazan erməni analitki Sarqis Artsruni anti-sarkisyançıların zəiflik göstərdiklərini qeyd edir. SİTAT: “Əgər bizim müxalifətin özəl siyasi baxışı olsaydı, başqalarının qalibiyyət məclislərində çağırılmamış qonaq kimi iştirak etməkdənsə, “döyüşə” hazırlaşardı. Bundan əlavə, bizim müxalifətin gündəmi yoxdur, istəsə də istəməsə də Sarkisyanın müəyyən etdiyi oyunun qaydalarına əməl edirlər”.

“Bir çox siyasim müxalifət liderləri publik şəkildə Serj Sarkisyanın istefasını tələb edirlər, daxildə isə bu perspektivdən dəhşətə gəlirlər, çünki “hədəf” gedərsə, bu zaman “ovçuya” da ehtiyac qalmır: “1998-ci ildə məhz bu hal yaşanmışdı, belə ki, Vazgen Manukyan siyasi səhnədən kənar qaldı, Levon Ter-Petrosyan isə 10 illik tənha həyatı seçdi”.

Erməni analitiki məhz bu amilləri qeyd etdikdən sonra xalqın nə hakimiyyətə, nə də müxalifətə inamının qalmadığını bildirir, bu isə Ermənistanda hakimiyyətin kriminal rejim olması ilə yanaşı, müxalifət cameəsinin də kriminallaşması göz önündədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə