Beynalxalq durum və ya dünyada gedən proseslərə baxış

Beynalxalq durum və ya dünyada gedən proseslərə baxış

Bugünkü çagdaş dünyamız sanki sakitləşmək bilməyən və daim öz təlatümləri ilə insanları təşvişə salan böyük okeanı xatırladır. Bu gün dünyada gedən proseslər, insan təxəyüllündə belə bir təsəvvür, bənzətmə yaratmaga əsas verir. Bəli bu bir gerçəklikdir və bu gerçəkliyi biz istəsək də istəməsək də qəbul etməliyik. Şimali Koreyanın dünyaya meydan oxuması, İrakda müsəlmanların qətlinə rəvac verən əməliyatların keçirilməsi, guya İŞİD deyilən terrorçu təşkilata qarşı mübarizə aparmaq adı altında İrakı, Suriyanı, Livanı, Yəməni hərbi poliqona çevirən super güclər bu ölkələrin ərazisində öz yeni silahlarını sınaqdan keçirərək, nüfuzu getdikcə artmaqda olan müsəlman dünyasına qarşı sözün əsl mənasında səlib yürüşünə başlayıblar. (Siz fikir verin bütün konfiliktlər müsəlman ölkələrində aparılır).

Bəs görəsən bu İŞİD deyilən təşkilat necə yaranıb? Axı bu böyüklükdə güclü silahları olan qurumu kim yaradıb? İndi bunu heç bir dövlət boynuna almır. Guya bu böyüklükdə təşkilat öz özünə yaranıb. Aydın məsələdir ki, bu qədər silah sursata, tanklara, agır artileriya qurgularına, kimyəvi silahlara (Bir sözlə atom bombasından başqa bütün silahları olan) malik olan belə bir təşkilat, bu qədər hərbi arsenalı necə deyərlər küçədən tapmayıb. Bu təşkilat hansısa super dövlətin himayəsi altında planlı şəkildə hərəkət edir və siz təsəvür edin az qala bütün dünya yıgışıb bu İŞİD deyilən terrorçu təşkilatın “öhdəsindən gələ bilmir”. (Nə qədər gülünc olsa da belədir) Bu deyilənlərin daha dogrusu pərdə arxası “dirijorun” hansı super dövlət oldugunu hörmətli oxucum artıq açıqlamagın lüzumsuz oldugu fikrimlə həmfikir oldugu qənaətindəyəm. Bu qədər insan tələfatı ilə qeydə alınan müharibələr fonunda əziyət çəkən yaxınlarını itirən dədə baba yurdlarından didərgin düşənlər isə milyonlarla sadə insanlardır. Bu tökülən qanlar xarabalıga çevrilmiş şəhər və kəndlər böyük insan itkiləri hesabına ciblərini dolduranlar isə həmin pərdəarxası “drijorlardır”. (super güclərdir)

Myanmarda(Birma) əhalisinin 90 faizinin buddistlərdən 10 faizinin isə Arakan müsəlmanlarından ibarət oldugu bir ölkədə müsəlmanlara divan tutulması (üç gün ərzində üc mindən çox müsəlmanın qətl edilməsi) bəşəriyyət tarixində görünməmiş vəhşiliyin qətliyamın edilməsi – insanların ayaqlarının başlarının müxtəlif bədən üzvülərinin kəsilməsi onların bədənlərinə yanıq damgalarının vurulması qadınların təcavüz edilərək öldürülməsi qocalara uşaqlara rəhm edilməməsi əsl insanlıq dramının yaşanması vəhşiliyin son həddidir və bütün bunlar dünyanın gözləri qarşısında baş verir!

Dünyanın ən böyük super gücləri isə sanki bu hadisələri görmürlər.Az qala bütün dünyaya demokratiya dərsi keçən bu super güclər görəsən niyə susurlar? Bu hadisələr mənə Amerika kinomatoqrafçılarının çəkdiyi və tamaşaçılar tərəfindən məmnunluqla qarşılanan “Günəşin göz yaşları” filmini xatırladır. Bu filmdə göstərilən vəhşiliklər sanki Arakan müsəlmanlarının başına gətirilən müsibətlərdən bəhs edir. Dünyanın ən ucqar nöqtələrində hər hansı bir qeyri-müsəlman bir turistin burnu qanayanda az qala bütün dünyanı ayaga qaldıraraq islam fundamentalizmi islamafobiya, daha nə bilim nələr, nələr yazan, söyləyən “etalon demokratiya institutları” “etalon demokratiya mətbuatı” hardasınız!? Belə ikiüzlü demokratiya ilə hara qədər gedəcəksiniz? Kimə lazımdır sizin bu ikiüzlü demokratiyanız?

Avropa Rohingya Şurası Myanmar ordusunun Arakanda üc gündə üç min müsəlman qətl etdiyini bildirir və ora müşahidə qrupu göndərmək istəyir. Qətliam isə davam edir! Bu qətliamdan canını qurtaranlar isə (təxminən 8500 nəfər-müəl.) özü kasıb, lakin böyük ürəyə sahib olan qonşu Banqladeşə sıgınır. Bu dövlət əlindən gələni bu qaçqınlar üçün edir. Öz əhalisini yarı ac, yarı tox saxlayan bu ölkə əlində nə kimi ərzaq malları varsa onunla bu məcburi köçkünlərə kömək edir! Dogrudan da bütün bunlar insanda kövrək hislər oyadır. Bir baxın, öz əhalisinə yetməyəcək qədər azuqəsini də paylaşan belə insanlar və dövlətlər yalnız böyük hörmətə və tərifə layiqdirlər! Bizdən isə onlara yalnız "Ey geniş ürəyə malik olan insanlar!" “Allah Sizdən razı olsun!” demək qalır!

Az qala yarım əsrə qədər Fələstin torpaqlarında “at oynadan” İsrail dövləti bölgədə bu xalqın gününü sözün əsl mənasında qara edib. İsrail həbsxanaları uşaqlarla, qadınlarla, qocalarla dolub daşır. İnsanlara işgəncələr verilir. ABŞ-ın vassalı olan bu dövlət heç bir beynəlxalq hüququ tanımır. Baxın, görün dünyada nə qədər kasıb insanlar dövlətlər var və eyni zamanda görün nə qədər cah- cəlal içərisində yaşayan varlı insanlar və dövlətlər var. Bir anlıq təsəvür edək ki, bütün dünyadakı bu insanlar bir araya gəlib bir biri ilə yardımlaşırlar. (Varlı insanlar öz vəsaitlərinin müəyyən hissəsini kasıb təbəqə ilə paylaşır). Onda razılaşın ki, dünyada kasıb insanların sayı kəskin şəkildə azalmış olar. Elə bizim dinimiz də (İslam dinində) insanlar arasında paylaşmanın vacib oldugunu önə çəkən fikirlər Allah Talanın Məhəmməd peygəmbərə (s.ə.v) göndərdiyi Müqəddəs kitabımız olan Quranda tövsiyə olunur. İbrahim peygəmbərin öz oglu İsmayıl peygəmbəri Allah yolunda qurban kəsmək istəməsi və əvəzində Tanrının İsmailın əvəzinə kəsmək üçün İbrahim peygəmbərə bir qoç göndərməsi, o zamandan etibarən Qurban Bayramı deyilən bir bayramın yaranmasına səbəb olub ki, bunu da o zamandan etibarən bütün dünya müsəlmanları ildə bir dəfə qeyd edirlər. Elə fürsətdən istifadə edərək (bu günlər biz Qurban Bayramını yaşayırıq) Qurban Bayramı münasibəti ilə xalqımızı və bütün müsəlman dünyasını təbrik edir, onlara can saglıgı və əminamanlıq dolu bir həyat arzulayıram. Arzu edirəm ki qoy, bu bayram bütün müsəlman dünyası üçün düşərli olsun. Qoy bizim əsas sorunumuz olan Qarabag məsələsi bu ildə öz tam həllini tapsın.Amin!

Bu bayram ülvülük gözəllik mərhəmət və şəfqətlə dolu müqədəs bir bayramdır. Qeyd etdiyim kimi bayramın təməli Müqəddəs kitabımız olan Quranda yazılmışdır. Bu bir daha İslam dininin barış dini olduguna əyani sübutdur. Hər il müqəddəs Kəbə evini ziyarət edən milyonlarla müsəlman, öz qurbanlarını kəsib öz ölkələrinə geri dönürlər. Onların kəsdikləri qurbanların əti isə dünyanın bir çox yerlərində olan kasıb müsəlman ölkələrinə göndərilir. Bax budur paylaşmaq, budur qonşusu ac ola ola özünün tox olmasına razı olmamaq, yəni qonşusunun halına biganə qalmamaq. (Məhəmməd peygənbər s.e.v. Qonşusu ac olan bizdən deyil!)

Ölkəmiz talerant bir ölkədir. Burada yaşayan hər bir xalq öz ənənələrini istədiyi şəkildə sərbəst şəkildə davam etdirə bilər. Məhz ölkə başçısının və dövlətimizin apardıgı düzgün siyasətin nəticəsidir ki, bu gün bizdə bizim ölkəmizdə əminamanlıqdır. İnsanlar günün istənilən vaxtı (gecə və ya gündüz) Azərbaycanın istənilən gəzməli, görməli bölgələrini gedib gəzə, dolana bilərlər. Amma razılaşaq ki, adlarını çəkmək istəmədiyimiz bir çox ölkələrdə bu sabitlik əminamanlıq məsələsi çox həssasdır. Bütün bu reallıqları ölkəmizə dünyanın bir çox yerlərindən gələn qonaqlar da etiraf edirlər. Gəlin birlikdə çox çətinliklə əldə etdiyimiz bizim üçün çox vacib olan bu sabitliyimizi, əminamanlıgımızı qoruyaq. Bunu isə hər kəs öz işi və əməli ilə edə bilər.

İlham Teymuroglu

[email protected]

Bütün xəbərlər Facebook səhifəmizdə