Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunması davam edir. SİA-ya MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, bu günə kimi 460 nəfər müraciət edərək bütün ölkə ərazisi üzrə müşahidə aparmaq arzusunda olduğunu bildirib. Bütün müraciətlərə müsbət cavab verilib.
MSK-da qeydə alınmış müşahidəçilərdən 29-u xüsusi icazə almış müşahidəçilərdir. Müşahidəçilərin 338-i öz təşəbbüsü, 39-u siyasi partiyalar, 14-ü isə QHT-lərin təşəbbüsü ilə müşahidəçilik missiyasını həyata keçirəcəklər. Ombudsmandan isə 40 nəfərin müşahidəçiliyi qeydə alınıb.
Bütün ölkə ərazisi üzrə müşahidə aparılmasına dair ərizələrin qəbul olunması oktyabrın 28-dək davam edəcək. Hər hansı bir seçki dairəsinin ərazisində müşahidə aparmaq istəyən şəxslər isə səsvermə gününə 5 gün qalanadək, yəni noyabrın 2-dək müvafiq seçki dairəsinin dairə seçki komissiyasına müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB