Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) V (VIII) qurultayında partiyanın Müsavat Partiyası ilə birləşməsi haqqında qərar qəbul edilib. SİA-nın məlumatına görə, AXCP-nin sədri Əli Kərimlinin təklifi ilə qurultayın gündəliyinə rəhbərlik etdiyi partiyanın Müsavat Partiyası ilə birləşməsi məsələsi də daxil edilib.
Qurultayın səlahiyyətli nümayəndələrini birləşmə haqqında qərar layihəsi ilə qurultayın sədarət üzvü Gözəl Bayramlı tanış edib. G.Bayramlı qərar layihəsini oxuduqdan sonar layihə səsverməyə çıxarılıb və qurultayın səlahiyyətli nümayəndələri tərəfindən yekdilliklə qəbul edilib. Qərara əsasən, AXCP-nin Müsavat Partiyası ilə birləşmə qurultayında iştirak səlahiyyəti partiyanın V (VIII) qurultayının nümayəndələrinə verilib.
Qurultayda həmçinin AXCP sədri Ə.Kərimli yenidən partiyanın sədri seçilib. Partiya sədrinə alternativ namizəd irəli sürülmədiyindən onun namizədliyi açıq səsverməyə çıxarılıb. Ə.Kərimlinin namizədliyi səlahiyyətli nümayəndələr tərəfindən yekdilliklə qəbul olunub.
Daha sonra AXCP Ali Məclisinin yeni tərkibi seçilib və Mərkəzi Nəzarət-Təftiş Komissiyasına seçki keçirilərək Komissiyanın yeni tərkibi formalaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB