Müşahidəçilərin qeydiyyatı davam edir

Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim olunması davam edir. SİA-nın məlumatına görə, bu günə qədər MSK-ya 394 nəfər müraciət edərək bütün ölkə ərazisi üzrə müşhaidə aparmaq arzusunda olduğunu bildirib. Bütün müraciətlərə müsbət cavab verilib.

Mərkəzi Seçki Komissiyasında qeydə alınmış müşahidəçilərdən 27-si xüsusi icazə almış müşahidəçilərdir. Müşahidəçilərin 309-u öz təşəbbüsü, 35-i siyasi partiyalar, 3-ü isə QHT-lərin təşəbbüsü ilə müşahidəçilik muissiyasını həyata keçirəcəklər. Ombudsmandan isə 40 nəfərin müşahidəçiliyi qeydə alınıb.

Bütün ölkə ərazisi üzrı müşahidə aparılmasına dair ərizələrin qəbul olunması oktyabrın 28-dək davam edəcək. Hər hansı bir seçki dairəsinin ərazisində müşahidə aparmaq istəyən şəxslər isə səsvermə gününə 5 gün qalanadək, yəni noyabrın 2-dək müvafiq seçki dairəsinin dairə seçki komissiyasına müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...