AXCP imza vərəqələrinin azlığından şikayətçidir

"AXCP-Müsavat" siyasi partiyalar blokunun bütün namizədləri qeydə alınmaq üçün dairə seçki komissiyalarına müraciər edib və imza vərəqələrini alıb. SİA-ya bu haqda məlumat verən AXCP seçki qərargahının rəhbəri Rövşən Quliyev toplanan imzalar üzərində dəqiqləşdirmələr aparıldığını bildirib.

 

R.Quliyev imza vərəqələrin sayı ilə bağlı problemin olduğunu qeyd edib. İmza vərəqələrin sayında məhdudiyyət olmadığını deyən seçki qərargahının rəhbəri bunun sonradan problem yaradacağından narahat olduğunu vurğulayıb: "Qanunvericilikdə imza vərəqələrin sayında məhdudiyyət qoyulmur. Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyev isə də imza vərəqələrinin sayının 15 olaraq müəyyənləşdirildiyini deyib. Heç 15 imza vərəqəsi də verilmir. Verilən imza vərəqələrin sayı 10, bəzən də 9 olur. Bu isə ümumilikdə 450 imza deməkdir. İmzaların yoxlanılması zamanı hansısa imzanın etibarsız sayılması ümumilikdə zəhmətin hədər getməsinə səbəb ola bilər".

 

Partiyanın qurultayına hazırlıq getdiyini deyən R.Quliyev qurultay nümayəndələrinin sayının 530 ətrafında olduğunu diqqətə çatdırıb. Qurultay "Təbriz" kinoteatrında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə