Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertləri Qəzzəya yardım aparan "Mavi Mərmərə" gəmisinə İsrailin basqını ilə bağlı hazırladığı hesabatı açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, üç ekspertdən ibarət olan komissiya basqın zamanı və basqından sonra "beynəlxalq insan haqqları konvensiyası" da daxil olmaqla beynəlxalq hüququn pozulduğunu bildirib.
BMT-nin İnsan Haqqları Şurasının mütəxəssis heyəti İsrailin humanitar böhranın yaşandığı bir dövrdə Fələstin torpağına dəniz mühasirəsi tətbiqinin "qeyri-qanuni" olduğunu ifadə etdi. Komissiya İsrailin humanitar yardıma verilən hərbi qarşılığın "ölçüyəgəlməz" və "qəbul edilbilməz qəddarlıq səviyyəsində" olduğunu qeyd edib.
Hesabata şərh verən İngiltərənin "The Guardian" qəzeti bunun İsrail üçün yeni bir xəcalət olduğunu yazıb. "The Guardian" BMT İnsan Haqqları Komissiyasında əsasən inkişaf etməkdə olan ölkə nümayəndələrinin təmsil olunduğu üçün bir çox Avropa ölkələrinin hesabata şübhə ilə baxdığını qeyd edib. "BBC" isə hesabatla bağlı İsrailin lehinə olan şərh verib. Kanal BMT İnsan Haqqları Komissiyası tərəfindən hesabat hazırlanarkən İngiltərə, İsveçrə və İordaniyadan olan şahidlərin fikirlərindən istifadə edildiyini, ancaq İsrailin kənarda saxlandığını bildirib. İsrail isə hesabatın "ikili standart" və "təktərəfli" olduğunu deyib.
Qeyd edək ki, 31 may 2010-cu il tarixində İsrail Qəzzaya humanitar yardım aparan donanmaya daxil olan "Mavi Mərmərə" gəmisinə basqın etmişdi. Basqın nəticəsində 9 Türkiyə vətəndaşı həyatını itirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB