Millət vəkili: “Ermənistan bütün imkanlarından istifadə edir ki, danışıqlara xələl gətirsin” MÜNASİBƏT
“Ümumiyyətlə Ermənistan öz təxribatından əl çəkmir. Ermənistan bütün imkanlarından istifadə edir ki, danışıqlar prosesinə xələl gətirsin. Rəsmi İrəvanın Tovuz-Qazax istiqamətində atdığı təxribatçı addımların səbəbi ondan ibarətdir ki, Azərbaycanın öz ərazilərində anti-terror əməliyyatı keçirmək hüququ var”. Bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.
Onun sözlərinə görə, Ermənistan ordusu Azərbaycan ordusunun qarşısında heç bir uğurlu əməliyyat keçirə bilməməsinə görə, digər dövlətlərin silahlı qüvvələrini cəlb etməkdən ötrü Azərbaycanın Dağlıq Qarabağdan çox kənar olan Tovuz-Qazax bölgəsində təxribat addımları atırlar ki, Azərbaycan ordusu onlara cavab atəşi ilə zərbə vurandan sonra desinlər ki, Azərbaycan Ermənistana atəş açır. Düşünürəm ki, rəsmi İrəvan bunu etməklə öz problemlərini, işğalçı siyasətlərini davam etdirmək istəyir. Ona görə də biz həmişə ayıq olmalıyıq və bu cür təxribatlara lazımi cavab verməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB