Vaşinqton Filippində “İslam Dövləti” terror təşkilatına bağlı silahlılara havadan zərbə endirərək, hərbi əməliyyatlara başlaması barədə qərar qəbul edə bilər. SİA xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb. Belə ki, adıçəkilən telekanalın iki inanılmış mənbəsinin sözlərinə görə, artıq bununla bağlı hazırlanmış plan Pentaqon rəhbərliyinin masasındadır. Çox güman ki, aviazərbələrdə əsasən pilotsuz təyyarələrdən istifadə ediləcək. NBC onu da qeyd edir ki, yaxın sutkalarda hərbi əməliyyatların başlanması barədə rəsmi məlumat veriləcək. Məqsəd, ABŞ-ın regiondakı müttəfiqlərinə təhlükə yarada biləcək silahlılara sarsıdıcı zərbə endirməkdir. Maraqlıdır ki, təhlükə yaradanlar arasında Filippin hərbçiləri də dayanır.
Ötən gün dövlət departamentinin rəhbəri Reks Tillerson bəyan etmişdi ki, ABŞ Filippinə terrorçuların hücumlarının qarşısını almaq və hərbi əməliyyatlar keçirmək üçün bir neçə təyyarə verib. Belə ki, terrorçular Mindanao adasında yerləşən Maravi şəhərini ələ keçiriblər. Onun sözlərinə görə, Vaşinqton Manilaya hərbi mütəxəssislər və informasiya baxımından yardımlar edir, o cümlədən “Cessna” tipli pilotsuz təyyarələr verib.
Tillerson eyni zamanda Manilada Filippinin pprezidenti Rodriqo Duterte ilə görüşüb.
Xatırladaq ki, “Maute” qruplaşmasını təmsil edən silahlılar “İslam Dövləti” terror təşkilatına açıq dəstək verirlər. May ayının 23-də onlar Maravi şəhərinə daxil olaraq “İslam Dövləti” adından Cənub-Şərqi Asiyada “xəlifət” yaratdıqlarını bəyan ediblər. Hökumət gücləri aviasiyanın, ağır texnikanın və xüsusi təyinatlıların dəstəyi ilə praktiki olaraq şəhəri tam nəzarətə götürsələr də, yerdə qalan digər ekstremistləri tam olaraq məhv edə bilməyiblər.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB