Türkiyədə 4 bal gücündə zəlzələ olub

Türkiyədə 4 bal gücündə zəlzələ olub

Türkiyənin Muğla vilayətinin Bodrum şəhərində 4,4 maqnitudalı zəlzələ baş verib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yeraltı təkanların ocağı Gökova körfəzində yerləşib.

7.3 km dərinlikdə qeydə alınan zəlzələ nəticəsində insan itkisi və dağıntı barədə məlumat daxil olmayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə