Azərbaycanlı tələbələr Avropa Gənclər Parlamentində iştirak edib
Keçən həftə ərzində Azərbaycan Tələbələr Birliyinin üzvləri Elçin Ağai və Ataxan Həsənov Avropa Gənclər Parlamentinin II Beynəlxalq Forumunda iştirak edib. SİA-nın məlumatına görə, beş gün ərzində davam edən Forum Gürcüstanın Batumi şəhərində keçirilib. 15-19 sentyabr 2010-cu il tarixində reallaşan bu Forum Avropa Gənclər Parlamenti və Gürcüstan hökumətinin dəstəyilə həyata keçirilib. Forum iştirakçılarına təcrübəli təlimçilər tərəfindən müxtəlif təlimlər və seminarlar təşkil edilib. Həmçinin, Forumda Gürcüstan hökumətinin nümayəndələri də qonaq qismində iştirak edib.
Forumda Azərbaycan Tələbələr Birliyinin üzvləri aktiv iştirak edib. Bu üzvlərin əldə etdikləri təcrübənin digər tələbələrimizlə bölüşməsi üçün müvafiq fəaliyyətlərin də həyata keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB