Mərkəz sədri: “Prezidentin Qarabağ problemini həll etməkdən ötrü istənilən addıma ixtiyarı var” MÜNASİBƏT
“Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə qəfil görüşündə neqativ mahiyyəti istisna etmirik. Azərbaycan Prezidentinin Azərbaycan maraqlarından kənar hər hansı danışıqlar aparması, Rusiya əleyhinə işlər görməsi ağıla gəlməzdir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, ola bilər son dövrlərdə aktivləşən ABŞ-Azərbaycan münasibətlərini ermənilər və ya onlara bağlı qüvvələr Putinə Azərbaycanı antiRusiya fəaliyyəti kimi təqdim ediblər, V.Putini buna inandıra biliblər: “Azərbaycan Prezidentinin Dağlıq Qarabağ problemini həll etməkdən ötrü istənilən addıma ixtiyarı var. Azərbaycan Prezidentinin Dağlıq Qarabağ tənzimlənməsini əngəlləyənlərin əməllərini neytrallaşdırmaq istiqamətində fəaliyyəti V.Putinin xoşuna gəlmirsə o zaman RF-in Dağlıq Qarabağ tənzimlənməsində fəaliyyəti bütün əngəlləyici fəaliyyətinin qarşısını ala bilər. V.Putinlə İlham Əliyevin görüşündəki neqativ mahiyyət Rusiyadakı ermənilərin gücünün maksimumda olduğunu göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB