Ermənisatanın çöküşü – yezidilərə qarşı diskriminasiya və qanı cinayətlər ANALİTİKİA+FOTOLAR

1in.am: “Bu dəfə də baş verənləri məişət olayı kimi təqdim edəcəklər, ya da dövlət özünü təmizə çıxarmaqdan ötrü məhz yezidilər arasında baş verən qanlı hadisəni icmalararası problem kimi motivizə edəcək”
Ermənisatanın çöküşü – yezidilərə qarşı diskriminasiya və qanı cinayətlər ANALİTİKİA+FOTOLAR

Avqustun 1-də Ermənistanda baş vermiş bir cinayət hadisəsi bir daha sübut etdi ki, bu ölkədə mövcud olan kriminogen vəziyyət kritik vəziyyətə çatmaqla yanaşı, etnik diskriminasiya halları da çərçivədən çıxıb. Belə ki, Ermənistanda etnik qrup olaraq yaşayan yezidilərin yas mərasimində 4 nəfərin ölümü, 7 nəfərin isə yaralanması ilə nəticələnən qanlı hadisə də bu faktı kifayət qədər sübuta yetirir. Lakin bununla yanaşı, bənzər hadisələrin davamlı olaraq yaşanması ölkə rəhbərliyinin kriminallarla mübarizəsində aciz qaldığının aşkar göstəricisidir. Əbəs yerə deyil ki, artıq bir sıra erməni KİV-ləri bununla bağlı şərhlər verir, hətta kariminalların Ermənistanı süquta doğru apardığını qeyd edirlər. Belə ki, SİA-nın verdiyi məlumata görə, 1in.am saytının analitik bölməsində qeyd olunur ki, son 10 gündə bu, üçüncü bənzər hadisədir ki, Ermənistanda yaşanır.

"Hakimiyyətin hətta məişət cinayətlərinin qarşısını ala bilməkdə çətinlik çəkən cinayətkarlar dəstəsinə çevrilib"

"Bu dəfə də baş verənləri məişət olayı kimi təqdim edəcəklər, ya da dövlət özünü təmizə çıxarmaqdan ötrü məhz yezidilər arasında baş verən qanlı hadisəni icmalararası problem kimi motivizə edəcək"-deyə yazan erməni saytında o da bildirilir ki, Ermənistan balaca ölkədir və belə ölkədə hər şeyi nəzarətdə saxlamaq əslində çətin məsələ deyil, ən azından, hakimiyyət bu nəzarəti təmin edə bilərdi. "Əgər hakimiyyət bu nəzarəti itiribsə, bunu etməyi bacarmırsa, kriminogen vəziyyətdən çıxış yolu tapa bilmirsə, onda bir neçə konkret nəticə çıxarmalıdır"-erməni saytının analitiki Sarqis Artsruni yazır. SİTAT: "Ola bilsin ki, hakimiyyət sonuncu seçkiləri o qədər kriminallaşdırıblar ki, indi də formal səlahiyyətlərini icra edə bilmirlər, qısası – hakimiyyətin özü hətta məişət cinayətlərinin qarşısını ala bilməkdə çətinlik çəkən cinayətkarlar dəstəsinə çevrilib".

"Biz, dövlətin məhv olması həddinə yaxınlaşmışıq, o biri tərəfdə artıq total kriminal özbaşınalıqlar hökm sürür"

Analitik bölmədə digər bir nüansa da toxunularaq yazılıb ki, 2018-ci ilin astanasında hakimiyyətdaxili ziddiyyətlər, fikir ayrılıqları o həddə çatıb ki, artıq bu sistem özünüidarə gücünü itirib və situasiyaya nəzarət edə bilmir. Hətta istisna olunmur ki, məhz bu sistem daxilində süni şəkildə böhranlar hazırlanır ki, sonradan hakimiyyət daxilində növbəti nəhəng yerdəyişmələr etməyə şərait yaransın. SİTAT: "Bu ehtimalların, versiyaların hansısı reallığa yaxın olursa-olsun, fakt budur ki, biz, dövlətin məhv olması həddinə yaxınlaşmışıq, o biri tərəfdə artıq total kriminal özbaşınalıqlar hökm sürür".

Beləliklə, baş verən hadisə bir daha sübut edir ki, Ermənistanda xalqların bir vəhdətdə birləşməsi anlamı mövcud deyil və göründüyü kimi, istər siyasi, istərsə də digər baxımlardan bu ölkədə etnik xalqlara qarşı bu və ya digər şəkildə qanlı divanlar tutulur, onun adını isə sonradan "məişət zəminində baş verən cinayət" kimi təqdim edirlər. Halbuki, ermənİ KİV-ləri də buna eyham vururlar, iddia irəli sürülür ki, hakimiyyət bənzər cinayətləri qəsdən yaradır ki, sonradan siyasi-kriminal maraqlarını daha da möhkəmləndirsin.

Ermənistan kilsələrində yezidilərlə nikaha daxil olmaq qəti şəkildə qadağan olunub

Başqa tərəfdən, onu da qeyd etmək yerinə düşərdi ki, ümumiyyətlə, bənzər hadisələr nəticəsində Ermənistan monoetnik ölkəyə çevrilib. Yəni ümumiyyətlə, ermənilər doğulanlar monoetnik çərçivədə tərbiyə alırlar. Ona görə də, ermənilər üçün müxtəlif xalqların bir arada yaşayaraq, Vətən sevgisini bölüşmələri daim anlaşılmaz olaraq qalıb. Mövzudan kənara çıxmayaraq, adi bir misal gətirək. Məsələn, Ermənistan kilsələrində yezidilərlə nikaha daxil olmaq qəti şəkildə qadağan olunub. Bununla yanaşı, yezidilərə onlar üçün ənənəvi hesab edilən maldarlıqla, kənd təsərrüfatı və digər təsərrüfat növləri ilə məşğul olmaq üçün süni maneçilik törədilir, parlamentdəki deputatlar isə, aşkar şəkildə bu xalqı aşağılayır və təhqir edirlər. Onların övladları hərbi xidmətə göndərilərkən, birbaşa cəbhə xəttinə yönəldilirlər. Bütün bunlar isə yeganə etnik xalq olan bu millətə qarşı diskriminasiya hallarının artmasını isbat edir. Haqqında bəhs edilən növbəti cinayət olayı da məhz bu sıradandır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə