Vaşinqton və Tiflis Moskvaya qarşı birləşir

Vaşinqton və Tiflis Moskvaya qarşı birləşir

ABŞ-ın vitse-prezidenti Mayk Pensin Gürcüstana iki günlük səfəri bu gün başa çatır. SİA-nın Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, vitse prezident Gürcüstanın prezidenti ilə görüşənə qədər bu ölkənin müxalifət nümayəndələri və baş naziri ilə bir araya gəlib.
Baş nazirlə görüşdə vitse-prezident Rusiyaya qarşı sərt bəyanatla çıxış edib. Mayk Pens bildirib ki, Gürcüstanın 20 faiz ərazisi işğal olunub və 40 km aralıda Rusiya tankları durub: “Bir daha vurğulayıram ABŞ Rusiyanın Gürcüstan ərazilərini işğal etməsini sərt şəkildə pisləyir. Biz inanırıq ki, güclü və inkişaf etmiş Gürcüstan öz bütövlüyünü təmin edəcək. Mən əminəm ki, gün gələcək, ölkəniz öz ərazilərinin qaytarılmasını qeyd edəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə