Erməni əsgərinin meyiti asılmış vəziyyətdə tapılıb

Erməni əsgərinin meyiti asılmış vəziyyətdə tapılıb

Ermənistanda kiçik çavuş, müddətli xidmət edən əsgər Vardan Artavazdoviç Melkonyanın meyiti asılmış vəziyyətdə tapılıb. Report xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Kədər hissi ilə bildiririk ki, iyulun 23-ü təqribən 06.30 radələrində hərbi hissələrdən birinin yaxınlığında hissəni özbaşına tərk etmiş 1998-ci il təvəllüdlü kiçik çavuş Vardan Artavazdoviç Melkonyanın asılmış meyiti tapılıb. Təhqiqat aparılır", - məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə