Mübariz Qurbanlı Lerikdə vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Lerikdə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 25-də Lerik şəhərində Lənkəran, Astara və Lerik rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Lerik rayonu Mədəniyyət Mərkəzində (ünvan:Lerik şəhəri, A.Əsədullayev küç, 22) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Qağayı Məmmədov

Mob: (050) 380-27-43

Telefon: (02525) 5-39-84

e-mail:[email protected]

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня