Bu gün Hamburqda böyük "İyirmilik" ölkələri liderlərinin iki günlük sammitinin açılışı olacaq. ABŞ prezidenti Donald Tramp bu gün samittdə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, görüşün Bakı vaxtı ilə 17.45-də başlayacağı nəzərdə tutulub.
Görüşdə Suriyadakı vəziyyət və Ukraynadakı böhran, habelə Rusiya XİN-in ABŞ-dakı mülkiyyətinin həbsinə dair məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
G20 sammitində əsasən iqlim dəyişikliyinə qarşı mübarizə, Afrikanın inkişafı, planetdə aclığın nəticələrinin aradan qaldırılmasına yardım, cəmiyyətdə qadının rolunun gücləndirilməsi, terrorizmə qarşı mübarizə, ticarət və iqtisadi problemlər müzakirə olunacaq.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB