“Hər zaman Azərbaycanın yanındayıq”

Amerika Yəhudiləri Təşkilatının Azərbaycan bölməsinin rəhbəri Rav Shmuel Simantov ermənilər tərəfindən qətlə yetirilən iki yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyeva haqqında bəyanat yayıb. Bəyanatda bildirilir ki , Azərbaycan torpaqlarını işğal edən Ermənistan öz mənfur siyasətindən əl çəkmir.

"Gunahsız şəkildə qətlə yetirilən Zəhranın timsalında görünür ki, işğalçı Ermənistan üçün körpə, yaşlı fərq etmir. Biz Amerika Yəhudiləri təşkilatı olaraq bu terroru lənətləyirik. Ermənistanı işğala son qoymağa çağırırıq. Amerika Yəhudiləri Təşkilatı və bütünlüklə yəhudilər olaraq bildiririk ki, hər zaman Azərbaycan xalqının və dövlətinin yanındayıq. Şəhidlərə Allahdan rəhmət diləyirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə