Moldovada yaşayan azərbaycanlılar Ermənistanın hərbi təxribatına etiraz edir

İyulun 7-də Moldovada Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilmiş hərbi təxribata etiraz olaraq fləşmob və etiraz yürüşü keçiriləcək.

SİA-nın verdiyi məlumata görə, Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kişinyov şəhərinin mərkəzi meydanında keçirilməsi nəzərdə tutulan fləşmob və yürüşün əsas məqsədi Moldova azərbaycanlıları adından iyulun 4-ü axşam saatlarında Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızının və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətli hadisəsinə etiraz bildirməkdir.

Fləşmob və etiraz yürüşündə Moldovada yaşayan azərbaycanlılar və diaspor təşkilatları üzvlərinin iştirakı gözlənilir. Yürüşdə Ermənistan dövlətinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror aktlarını pisləyən şüarların səsləndirilməsi də planlaşdırılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə