Robert Simons: “Dağlıq Qarabağda NATO sülhməramlılarının mövcudluğundan danışmaq tezdir” - MÜNASİBƏT
"NATO birbaşa olaraq Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlara cəlb olunmayıb. Amma biz münaqişənin nizama salınması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyirik və həmsədrlərin Almatı sammitində etdikləri bəyanatı alqışlayırıq". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri qurumun Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə təmsilçisi Robert Simons İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, NATO artıq işğal olunmuş Azərbaycan torpaqları ilə təmas xəttində baş verən son insidentlə bağlı narahatlığını ifadə edib və bu konteksdə də həmsədrlərin yaydığı bəyanatı və münaqişənin beynəlxalq hüquq normaları, eləcə də ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir: "NATO hər üç Qafqaz ölkəsi ilə balanslaşdırılmış siyasət aparır. Şimali Atlantika Alyansı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir".
R.Simons həmçinin NATO sülhməramlılarının Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi barəsində ünvanlanan suala da münasibət bildirib: "ATƏT-in Minsk qrupunun həmsədrləri və münaqişə tərəfləri zəruri halda NATO-ya Dağlıq Qarabağ ərazisində sülhməramlı missiyanın yerləşdirilməsi ilə bağlı müraciət edə bilər. Lakin bu istiqamətdə hansısa razılaşma olmadığı üçün Qarabağda qurumun sülhməramlılarının mövcudluğundan danışmaq tezdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB