Türkiyə ilə eyni səfirlik binasında

Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşü çərçivəsində Türkiyədə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Əhməd Davutoğlu ilə görüşüb. SİA-nın bu ölkənin mətbuatına istinadən verdiyi məlumata görə, E.Məmmədyarov Ə.Davutoğlunun diqqətinə Türkiyənin Afrikaya açılım siyasətini Azərbaycanda da reallaşdırmaq istədiklərini çatdırıb.

 

Azərbaycan xarici işlər naziri Afrika ölkələrində açılacaq Türkiyə səfirliklərində kirayə olaraq yer istəyib. Ə.Davutoğlunun E.Məmmədyarovun bu təklifinə müsbət yanaşdığı bildirilir. Məlumatda həmçinin bildirilir ki, iki ölkə arasında vizanın qaldırılması ilə bağlı razılaşma Azərbaycanın daxili prosedur qaydaları ilə əlaqədar yenə də əldə olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə