Türkdilli Ölkələrin Zirvə Toplantısında “yüksək türkcə” kimi tanınan İstanbul türkcəsində danışacaqlar - SAMMİT

Türkdilli Ölkələrin Zirvə Toplantısında “yüksək türkcə” kimi tanınan İstanbul türkcəsində danışacaqlar - SAMMİT

Bu gün İstanbulun Çırağan Sarayında baş tutacaq Türkdilli Ölkələrin Zirvə Toplantısında müzakirə dilinin "yüksək türkcə" kimi tanınan İstanbul türkcəsi olması qərarlaşdırılıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, zirvə toplantısının sonunda çap olunacaq məlumatlar isə türk, Azərbaycan, qazax və qırğız dilində olacaq. Daha əvvəlki zirvələrdə danışıq dili olaraq rus və ingilis dilindən istifadə edilib. Toplantıların sonunda isə məlumatlar ev sahibi olan ölkənin dili ilə ingilis dilində nəşr olunub.

 

Məlumata görə, bugünkü zirvədə Türkcə Danışan Ölkələrin Əməkdaşlıq Şurasının qurulması da nəzərdə tutulur. Şura üçün İstanbulda Baş Katiblik yaradılacaq. Baş Katibliyə üç il ərzində Türkiyə başçılıq edəcək. Türkiyənin Rusiyadakı keçmiş səfiri Halili Akınçının dövlət başçılarının təsdiqindən sonra Baş Katibliyə sədrlik etməsi gözlənilir. Şura beş qurumdan ibarət olacaq. Dövlət başçıları, xarici işlər nazirləri, məmurlar komitəsi, Ağsaqqallar Şurası və katiblik ayrı-ayrılıqda iclaslar təşkil edəcək. Baş katibin hər ölkədən bir köməkçisi olacaq. Ağsaqqallar Şurasında isə hər ölkəni iki üzv təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə