Gəncə-Bakı magistral yolunun yaxınlığında silah-sursat aşkar edilib. Gəncə şəhər Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, şəhər sakini Musa Qısımovun Kəpəz rayon Polis Şöbəsinə müraciəti ilə əraziyə yollanan hüquq-mühafizə orqanı əməkdaşları oradan 1 ədəd "AKA" markalı avtomat, 1 ədəd avtomat sandıqçası, 18 ədəd 5.45 mm-lik güllə aşkar ediblər.

Hazırda polis silahların hər hansı cinayət əməlində istifadə edilib-edilməməsini araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə