Aİ komissarı Azərbaycana gəlib

Avropa İttifaqının qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Yohannes Hanın Azərbaycana səfəri başlayıb. SİA-nın xəbərinə görə, səfərdən öncə açıqlama verən qonaq "Şərq Tərəfdaşlığı" sammitini, eləcə də yaxın gələcəkdə əməkdaşlığımızı necə genişləndirə və dərinləşdirə biləcəyimizi müzakirə etmək məqsədilə Azərbaycana - Avropa İttifaqı üçün vacib tərəfdaş olan ölkəyə səfər edirəm"- deyə, bildirib.

Qeyd edək ki, Yohannes Hanın Bakıda rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə