Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Trayan Besesku ilə görüşü olub.
SİA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, dövlət başçılarının görüşlərinin və qarşılıqlı səfərlərin ölkələrimizin əlaqələrinin daha da genişlənməsi baxımından önəmli olduğu qeyd edilib.
Prezidentlər sabah Bakıda keçiriləcək Azərbaycan, Gürcüstan, Rumıniya prezidentləri və Macarıstan Baş nazirinin görüşünün əhəmiyyətinə toxunaraq, AGRİ layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması işindəki əhəmiyyətini vurğuladılar, tədbirin regional əməkdaşlığın möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə ediblər.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti barədə söhbət açıb.
Görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB