Həmsədrlər Bako Saakyanla görüşüblər

Həmsədrlər Bako Saakyanla görüşüblər

ATƏT-nın Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) Dağlıq Qarabağa səfər ediblər.

SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, həmsədrlər qondarma rejimin rəhbəri Bako Saakyanla görüşüblər.

Görüşdə Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və təmas xəttindəki vəziyyət müzakirə edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə