Deputat: "Struktur dəyişiklikləri Azərbaycanın uğurlu gələcəyinə istiqamətlənib" AÇIQLAMA

Deputat: "Struktur dəyişiklikləri Azərbaycanın uğurlu gələcəyinə istiqamətlənib" AÇIQLAMA

“2016-ci ildə keçirilən referendumdan sonra ölkəmizdə müvafiq olaraq struktur dəyişiklikləri edilir. Bu da təbii ki, daha effektiv, daha inklüziv idarəçiliyin artırılması ilə bağlıdır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

Millət vəkilinin sözlərinə görə, çevik idarəçilik sistemində aparılan islahatların hər biri Azərbaycanın gələcəyinin daha da möhkəm və uğurlu olmasına imkan verəcək.

Azərbaycan xalqının güclü iqtisadi dövlətdə yaşadığını deyən R. Rzayev söyləyib ki, aparılan islahatlar ölkə vətəndaşlarımızın da mənafeyi üçün mühümdür: “Görülən işlər xalqımızın hökumətə daha da əl çatanlığını təmin edəcək. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, hər bir məmur işini vətəndaşlarla qurmağı bacarmalıdır. Aparılan kadr və struktur dəyişikliklərinin də məqsədlərindən biri budur”.

Deputat əlavə edib ki, ölkənin idarəetmə sistemi və icra mexanizmində həyata keçirilən mühüm dəyişikliklər qarşıya qoyulan məqsədlərə çatmaq üçün atılan zəruri və məqsədyönlü addımlardır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə