Araz Əzimov: “Serj Sarkisyan edilən təklifləri qəbul etmir“

"Azərbaycan Qarabağda istədiyini edə bilər. Çünki öz ərazisidir. Beynəlxalq hüquq da buna icazə verir". SİA-nın bölgə müxbirinin məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə açıqlamasında deyib.

Ermənilərin Gümrüdəki Rusiya hərbi bazasından döyüş zamanı dəstək alması məsələsinə gəlincə, nazir müavini bildirib ki, bununla ermənilər münaqişənin həllində diqqəti yayındırmaq məqsədi güdürlər: "Hazırda müzakirələrdə irəliləyiş əldə olunmayıb. Çünki Ermənistan dövlətinin prezidenti Serj Sarkisyan edilən təklifləri qəbul etmir".

Bütün xəbərlər Facebook səhifəmizdə