Belçikanin nüfuzlu “le soir” qəzeti Qarabağ mövsuzunu manşetə çıxarıb

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azəri-Türk Qadınlar Birliyinin iştirakı ilə bu ilin may ayında Belçikada keçirilmiş "Barış qadınlardan keçır" adlı konfransı yenidən bu ölkənin nüfuzlu və ən çox oxunan "Le Soir" qəzeti dünənki sayında gündəmə çıxarıb. SİA-nın xəbərinə görə, bu barədə məlumat isə Belçikada türk dilində çıxan "Yeni Beltürk" qəzetində yer alıb.

Qeyd edək ki, Belçika parlamentində keçirilmiş konfransa senatdakı Reform Hərəkatı fraksiyasına başçılıq edən Dominik Tilmans, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, BMT-nin və xarici ölkələrin bu ölkədəki diplomatik nümayəndələri, eləcə də Ermənistan təmsilçisi qatılmışdılar. Bir neçə ay sonra bu konfransın və onun mövsuzunun yenidən "Le Soir" qəzetinin manşetinə çıxarılmasının səbəbi son günlərdə Azərbaycanla Ermənistan arasındakı cəbhə xəttində vəziyyətin gərginləşməsi, atəşkəsin pozulması nəticəsində əsgərlərimizin şəhid olması ilə bağlıdır.

Qəzet Azərbaycanın həm NATO-nun üzvü olmasını, həm də Türkiyə ilə möhkəm strateji tərəfdaşlığını xüsusi vurğulayıb. "Le Soir" Azərbaycan Prezidenti İlham Əliyevin BMT-yə müraciət etdiyi və bu qurumun qarşıdakı iclaslarında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı məsələnin müzakirəsinin vacibliyini söyləməsini də oxuculara xatırladır.

Yazıda qəzet Belçika senatoru Dominik Tilmansın da bu məsələ ilə əlaqədar açıqlamasını yayımlayıb. O deyib ki, 21 sentyabr-Beynəlxalq Sülh Günündə Tbilisidə keçiriləcək II konfransa Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ilə Ermənistan təmsilçisi Rima Arekelyan da dəvət olunub. Onlar cəbhə xəttində gərginləşmiş durumun aradan qalxması üçün qadınların hansı işləri görə biləcəyi mövzusunda müzakirələri davam etdirəcəklər. BMT, UNİFEM-in dəstəyi ilə keçiriləcək II konfransda növbəti tədbirin dekabrın 21-də Azərbaycan və ya Ermənistanda, dördüncü toplatının isə gələn il martın 8-də- Beynəlxalq Qadınlar Günündə keçirilməsi məsələsi də müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə